“İran ABŞ-la danışıqlara hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davosda Sülh Şurasının andiçmə mərasimində bildirib.
“İran danışmaq istəyir və biz də bunu edəcəyik “, – deyə o qeyd edib.
ABŞ-ın 2025-ci ilin iyun ayında İranın nüvə obyektlərinə hücumunu şərh edən Tramp, İranın nüvə silahına sahib olmasına iki ay qaldığını söyləyib.
Qeyd edək ki, yanvarın 21-də İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-a sərt xəbərdarlıq edib. O, İslam Respublikasının güclü silahlı qüvvələrinin yenidən hücuma məruz qalacağı təqdirdə əllərində olan hər şeylə cavab verməkdən çəkinməyəcəyini deyib.
Əliyar Xəlil
Globalinfo.az