ABŞ prezidentliyinə namizəd Donald Trampı Pensilvaniyada təşviqat kampaniyası zamanı öldürməyə cəhd ediblər.
Globalinfo.az xəbər verir ki, atəş nəticəsində Trampın mitinqinə gələnlərdən iki nəfər xəsarət alıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib. Trampın özü isə qulağından yüngül yara alıb.
ABŞ mətbuatı Trampa hücumu həyata keçirən şəxsin də öldürüldüyünü bildirib. Onun mitinqin keçirildiyi ərazinin yaxınlığında yerləşən binada olduğu vurğulanıb.
Trampa sui-qəsd cəhdindən sonra ABŞ Prezidenti Cozef Bayden xalqa müraciət edib. O, ABŞ-da siyasi xarakterli ölümlərə yer olmadığını və hər kəsin bu aktı qınamalı olduğunu deyib.
