tramp donald

ABŞ Prezidentinin tapşırığı ilə Venesuelada baş verən güclü zəlzələlərdən sonra ölkəyə təcili olaraq axtarış-xilasetmə qrupları, həkim briqadaları və humanitar yardım göndərilir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

Siyasətçi vurğulayıb ki, ABŞ bu çətin günlərdə Venesuela xalqının yanındadır və həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, iyunun 24-ü axşam saatlarında Venesuelada 39 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib. Paytaxt Karakasda yaşayış binaları dağılıb və ciddi zərər görüb. Ölkənin əsas hava limanı olan Simon Bolivar adına Mayketiya Beynəlxalq Hava Limanında terminalın damının bir hissəsi çökdüyündən bütün reyslər dayandırılıb.

Venesuela rəhbərliyinin nümayəndəsi Delsi Rodriges bildirib ki, təbii fəlakət nəticəsində azı 32 nəfər həyatını itirib, 700-dən çox insan yaralanıb. Ən çox zərər çəkən bölgə La-Guayra ştatı olub, burada onlarla bina dağılıb. Rəsmilər ölənlərin sayının daha da arta biləcəyini istisna etmirlər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: