ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makron arasında baş tutan görüşün təfərrüatları məlum olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, müzakirələr əsasında belə qənaətə gəlinib ki, Ukrayna münaqişəsi yaxın bir neçə həftə ərzində həllini tapa bilər.
ABŞ Rusiya ilə danışıqların çox yaxşı keçdiyini bildirib. Tərəflərin Ukraynada münaqişənin başa çatması ilə bağlı xeyli yol qət etdiklərini deyib.
ABŞ Ukrayna münaqişəsinin Üçüncü Dünya müharibəsinə səbəb ola biləcəyinə diqqət çəkib, lakin buna yol verməyəcəklərini bildirib.
Donald Tramp Ukraynanın itirilmiş ərazilərinin geri qaytarılmasını “çətin məsələ” adlandırıb. Həmçinin, Ukrayna Prezidenti Volodimir Zelenski ilə minerallarla bağlı saziş imzalamaq üçün bu və ya gələn həftə görüşəcəyi xəbərini verib.
Bundan başqa, Ukraynanın münaqişədən sonrakı təhlükəsizliyinin Avropanın məsələsi olduğunu diqqətə çatdırıb. Avropa hərbçilərinin Ukraynada sülhməramlı qismində yerləşdirilməsinə etiraz etməyib.
Bununla yanaşı, ABŞ Prezidenti Rusiyanın da faydalı metalları və digər qiymətli sərvətləri ilə maraqlandığını da vurğulayıb.
Aysel Əliyeva
Globalinfo.az