ABŞ Prezidenti Donald Tramp İrana qarşı əlavə zərbələri müzakirə etmək üçün Situasiya Otağında görüş keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Portalın mənbələrinə görə, nəzərdən keçirilən variantlardan biri İranı danışıqlarda mövqeyini dəyişməyə məcbur etmək məqsədi daşıyan genişmiqyaslı, lakin qısamüddətli əməliyyatdır.
Görüşdə vitse-prezident C. D. Vens, dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retklif, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn, Trampın xüsusi nümayəndəsi Stiv Uitkof və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.
Müdafiə naziri Pit Heqset Tampadakı ABŞ Mərkəzi Komandanlığının qərargahından müzakirəyə qoşulub.
Tahir Turan
Globalinfo.az