ABŞ Prezidenti Donald Tramp Rusiyanın müharibələrdə qalib gəldiyini və sağ qalmağı bacardığını vurğulayıb.
Globalinfo.az xəbər verir ki, Tramp Moskvanın çoxsaylı müharibələrdən güclü çıxdığını vurğulayıb.
O, Rusiyanın Hitleri və Napoleonu məğlub etdiyini xatırladaraq, ölkənin döyüş təcrübəsinə yüksək qiymət verib.
Tramp bildirib ki, Macarıstanın Baş naziri Viktor Orban onun Ukraynanın Rusiyanı məğlub edə biləcəyinə dair sualını “axmaq sual” kimi qiymətləndirib və Rusiyanın müharibələrdə təslim olmaması ilə bağlı mövqeyini ifadə edib.
Tahir Turan
Globalinfo.az