tramp gulus 242 900x506 1

ABŞ-ın Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsini qəbul etməsi gözlənilir. Sənədin qüvvəyə minməsi üçün yalnız Prezident Donald Trampın imzası lazımdır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg”ə verdiyi müsahibədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib.

Onun sözlərinə görə, Tramp təşəbbüsü tam dəstəkləyir və Rusiya əleyhinə sanksiyalar layihəsini imzalamağa hazırdır.

Uitaker əlavə edib ki, Avropa da Moskvaya qarşı siyasətini sərtləşdirməlidir. O qeyd edib ki, dondurulmuş Rusiya aktivləri istifadə oluna və Ukraynaya köçürülə bilər. Bu da Qərb ölkələrində valyuta ehtiyatlarının azalması fonunda əhəmiyyətli addım olacaq.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: