ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini “ağıllı oğlan” adlandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Prezident Tramp jurnalistlərə açıqlamasında bildirib.
“O, ağıllı oğlandır, uzun müddətdir ki, siyasətlə məşğuldur. Amma mən də xeyli müddətdir ki, bununla məşğulam”, – ABŞ lideri vurğulayıb.
Qeyd edək ki, iki lider arasında görüş bu gün Alyaskada baş tutacaq.
Əliyar Xəlil
Globalinfo.az