photo 2025 05 17 19 03 25

Tramp Putinə zəng edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özü açıqlama yayıb.

Bildirib ki, o, mayın 19-da Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır. Danışıqda əsas müzakirə mövzuları Ukraynadakı vəziyyət və ticarət məsələləri olacaq.

Tramp qeyd edib ki, Putinə zəng etdikdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski, NATO müttəfiqləri ilə də əlaqə saxlayacaq. ABŞ lideri Ukraynada atəşkəsin əldə olunacağına ümid etdiyini də əlavə edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: