=
“Co Bayden ABŞ prezidenti olmasaydı, Rusiya Ukraynaya hücum etməzdi”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donlad Tramp amerikalı milyarder İlon Maska müsahibəsində deyib.
Tramp daha əvvəl Rusiya Prezidenti Vladimir Putinə Ukraynaya hücumdan çəkinməyi tövsiyə etdiyini bildirib:
“V.Putinlə çox yaxşı münasibətim vardı, mənə hörmət edirdi. Onunla tez-tez danışırdım. Ukraynanı müzakirə edirdik və onun bu məsələdə gözləri parlayırdı. Amma ona dedim ki, belə bir şey etmə. Bu addımı ata bilməzsən, Vladimir. O, “heç bir şəkildə?” dedi, mən də “hə” cavabı verdim”.
D.Tramp Şimali Koreya lideri ilə də yaxın əlaqələrinin olduğunu deyib:
“Onların hər ikisi ağıllı və qəddardırlar. Kamala Harris və hər zaman “yatan” Conu görəndə inana bilmirlər”.
Ayşən Mustafa
Globalinfo.az