tramp 4 900x565 1

ABŞ Prezidenti Donald Tramp 2028-ci ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi kimi vitse-prezident Cey Di Vensin irəli sürülməsini istəyir.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadən yazıb.

Bildirilib ki, Tramp qərarını qapalı görüşlərin birində deyib.

Prezidentin donorlarla söhbətinin məzmunundan xəbərdar olan müşavirlərdən biri bildirib ki, Tramp şəxsi söhbətlərində artıq Cey Di Vensi Respublikaçılar Partiyasında öz siyasi varisi kimi müəyyənləşdirib.

Məqalədə qeyd olunur ki, Trampın daha əvvəl prezidentliyə mümkün namizəd kimi adını çəkdiyi dövlət katibi Marko Rubio isə 2028-ci il seçkiləri ilə bağlı müzakirələrdən yayınmağa çalışır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: