“ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya seçki öncəsi açıq siyasi dəstək vermək məsələsində hələlik ehtiyatlı davranır”.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Bildirilib ki, Ağ Evin mövqeyindəki bu tərəddüdün əsas səbəblərindən biri Netanyahunun seçki sorğularında aşağı göstəricilərə malik olmasıdır:
“İki liderin son görüşü zamanı Tramp birbaşa Netanyahuya onun ictimai rəy sorğularında vəziyyətinin necə olduğunu soruşub. İsrail hökumətinin başçısının suala dərhal cavab verməkdə çətinlik çəkdiyi, daha sonra isə məsələyə onun müşavirlərindən birinin aydınlıq gətirdiyi bildirilir.
ABŞ-ın keçmiş yüksəkvəzifəli rəsmilərindən biri hesab edir ki, məhz Netanyahunun aşağı reytinqi Vaşinqtonun seçki kampaniyası dövründə ona açıq dəstək verməkdən çəkinməsinə səbəb olur”.
Bununla belə, Tramp və Netanyahu arasında siyasi əlaqələrin davam etdiyi və tərəflərin bir-biri ilə sıx təmas saxladığı bildirilir. Lakin ABŞ prezidentinin seçki ərəfəsində Netanyahuya açıq şəkildə dəstək verməyə tələsmədiyi qeyd olunur.
Safura Bənnayeva
Globalinfo.az