mask tramp

ABŞ Prezidenti Donald Tramp və iş adamı İlon Mask barışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Val Strit Jurnal” (VSJ) məlumat yayıb.

“Buna səbəb Maskın noyabr ayında keçiriləcək aralıq seçkilərdə Respublikaçılara dəstək vermək istəyi olub. O, partiyanln Konqresdə nəzarəti saxlamasına kömək etmək üçün seçicilərin fəallığının artırılması kampaniyasına ən azı 100 milyon dollar xərcləməyi planlaşdırır.

Bu, Tramp və Maskın münasibətlərinin təxminən bir il davam edən gərginlikdən sonra bərpası istiqamətində aparılan səylərin əsas nəticəsi olub. Onların yenidən ünsiyyət qurmasına konservativ fəal Çarli Kirkin öldürülməsi də təsir edib.

Trampın köməkçilərinin sözlərinə görə, Prezident şəxsi söhbətlərində Maskla əvvəlki qədər yaxın olmayacaqlarını bildirir. Buna baxmayaraq, onlar hazırda təxminən ayda bir dəfə danışırlar. Söhbətlərdə süni intellekt, Çin və dünya gündəmi müzakirə olunur” – deyə bildirilib.

Qeyd edək ki, Mask 2024-cü il prezident seçkilərində Trampın yenidən seçilməsi üçün təxminən 300 milyon dollar xərcləmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: