
Donald Tramp ABŞ-da keçirilən prezident seçkilərində qalib gələcəyi təqdirdə amerikalı milyarder İlon Maskı öz müşaviri təyin edə bilər.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə məşhur “Vol Strit Jurnal” nəşri çıxış edib.
Nəşr yazır ki, Trampla “Space X”, “Tesla” şirkətlərinin rəhbəri İlon Mask arasında mart ayından bu yana bir neçə dəfə telefon danışığı olub. Bu barədə nəşrə ikili arasında dialoqlara yaxından şahidlik edən anonim şəxs məlumat verib.
Bildirilir ki, D.Trampın seçki kampaniyasının əsas maliyyə donorları bir-bir məhkəməyə verilir. Bu səbəbdən Trampın yeni sponsorlara ehtiyacı var. İlon Mask isə öz ideyalarının, siyasi fikirlərinin həyata keçirilməsi üçün Trampı bir vasitə kimi görməyə başlayıb.
Trampın Maska Ağ Evdə özünə biznes məsləhətçisi təyin edəcəyini dediyi bildirilir.
Ayşən Mustafa
Globalinfo.az