Tramp 1 900x506 1

ABŞ Prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpasından imtina etməsinin səbəblərindən birinin sursat, o cümlədən hava hücumundan müdafiə (HHM) raketlərinin çatışmazlığı olması ilə bağlı iddiaları təkzib edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

“Bizim dünyada hamıdan daha çox sursatımız var və bu ehtiyacımızdan da xeyli artıqdır”, – deyə Tramp nəşrə açıqlamasında bildirib.

O, ABŞ-ın sursat ehtiyatlarının tükənməsi ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb.

İyulun 25-də “The New York Times” mənbələrə istinadən yazmışdı ki, Tramp Yaxın Şərqdə yerləşdirilmiş Patriot və digər HHM sistemləri üçün raket ehtiyatlarının daha da azalmasının qarşısını almaq məqsədilə İrana qarşı hərbi əməliyyatların genişləndirilməsini təxirə salıb.

Məlumata görə, iyulun 24-də keçirilən müşavirədə ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn bildirib ki, İrana qarşı genişmiqyaslı əməliyyatlar yenidən başlaya bilər. Lakin o xəbərdarlıq edib ki, bu halda ABŞ-ın raketdən müdafiə sistemləri üçün mövcud raket ehtiyatları təhlükəli dərəcədə azalacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: