
“Mən İranın böyük və uğurlu, lakin nüvə silahına malik olmayan bir ölkə olmasını istəyirəm”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkə hesabında qeyd edib.
O, ABŞ-ın İsraillə birlikdə çalışaraq İranı məhv edəcəyinə dair iddiaların şişirdildiyini bildirib:
“Mən İranın sülh yolu ilə böyüməsinə və çiçəklənməsinə şərait yaradacaq Təsdiqlənmiş Nüvə Sülh Sazişinə üstünlük verərdim. Biz dərhal bunun üzərində işləməyə başlamalıyıq. Proses tamamlandıqdan sonra böyük bir Yaxın Şərq bayramı keçirməliyik. Allah Yaxın Şərqi qorusun”.
Əliyar Xəlil
Globalinfo.az