tehran iran 1

İran danışıqlar zamanı nüvə silahlarından imtina etməyə razılaşıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp açıqlama yayıb.

O, Tehranın nüvə silahına sahib ola bilməyəcəyini və olmayacağını vurğulayıb.

“Onlar, digər şeylərlə yanaşı, buna da razılaşdılar”, – deyə Amerika lideri qeyd etdi.

Tramp əvvəllər xəbərdarlıq etmişdi ki, İran hökuməti ABŞ ilə düzgün razılaşma bağlamalı olacaq, əks halda Amerika tərəfi münaqişədə çox asanlıqla qalib gələcək.

Trampın sözlərinə görə, hərbi baxımdan ABŞ İslam Respublikası üzərində “artıq qələbə qazanıb”.

Tahir Turan
Globalinfo.az

Paylaş: