tramp 2 900x506 2

“İranla münasibətlərimiz çox yaxşıdır. İki gecə ərzində hücumları bərpa etməli olmağımız məni narahat edirdi. Hətta üçüncü hücum barədə düşünürdüm, lakin buna ehtiyac qalmadan razılıq əldə etdik”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

O bildirib ki, İranın nüvə proqramı və Hörmüz boğazının fəaliyyəti ilə bağlı razılaşma əldə olunub.

Trampın sözlərinə görə, razılaşma nəticəsində Hörmüz boğazı cümə gününədək tam şəkildə açıq olacaq. Sazişin əsas nəticəsi İranın nüvə silahı əldə etmək planlarından imtina etməsidir.

“İranın nüvə silahı olmayacaq. Onlar bununla tam razılaşıblar. Əgər belə silaha malik olsaydılar, çox güman ki, ondan istifadə edərdilər”, – deyə ABŞ prezidenti bildirib.

Bununla yanaşı, Tramp sazişin İrana qarşı tətbiq edilən sanksiyaların vaxtından əvvəl ləğvini nəzərdə tutmadığını da qeyd edib.

“Bu, sanksiyaların ləğvini əhatə etmir. Bu, ilk növbədə İranın davranışına nəzər yetirəcəyik”, – deyə ABŞ lideri vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: