Tramp hələ hazır deyil – Zelenski müharibədən danışdı

346857262795836

İşğal edilən torpaqlarımızı heç vaxt “Rusiyanın ərazisi” kimi tanımayacağıq.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən mətbuat konfransında deyib.

Ölkəsinin güclü müdafiəyə ehtiyacı olduğunu vurğulayan Zelenski Rusiya-Ukrayna müharibəsinin ədalətli şəkildə yekunlaşması üçün ABŞ ilə danışıqlar apardıqlarını diqqətə çatdırıb.

Bundan başqa, Ukraynanın NATO-ya üzvlüyü məsələsi ilə bağlı suala prezident “Donald Tramp hələ bu barədə danışmağa hazır deyil” deyə cavab verib.

Aysel Əliyeva
Globalinfo.az