Tramp haqda film çəkilir: o canlandıracaq – FOTO

ABŞ-ın keçmiş prezidenti Donald Tramp haqqında film çəkilir. 

Globalinfo.az xəbər verir ki, onu məşhur Hollivud aktyoru, “Marvel” filmlərində “Qış əsgəri” obrazı ilə tanınan Sebastian Sten canlandıracaq.

“The Apprentice” adlanacaq filmi Kann mükafatlı iranlı rejissor Əli Abbasi  tərəfindən ərsəyə gətiriləcək.

Məlumata görə, film Trampın 1970-80-ci illərdə Nyu-Yorkda daşınmaz əmlak imperiyası qurmaq macərasından və vəkili Roy Konla münasibətindən bəhs edəcək.

Ayşən Mustafa
Globalinfo.az