140122184610 aman dmitry medvedev 900x565 2

“ABŞ, Avropa və Ukrayna münaqişəyə görə məsuliyyət daşıyır. Bunu ABŞ Prezidenti Donald Tramp da faktiki olaraq etiraf etdi”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O, bu barədə “Bilik-İlklər” adlı marafonda çıxış edərkən danışıb.

Qeyd edək ki, aprelin 24-də D.Tramp Rusiya ilə Ukrayna arasında sülh sazişinin bağlanmasına əsas maneə kimi Ukrayna Prezidenti Volodimir Zelenskinin mövqeyini göstərib.

Onun sözlərinə görə, diplomatik səylərə və müttəfiqlərin təzyiqlərinə baxmayaraq, Kiyev Vaşinqtonun əsas təkliflərini rədd edir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: