ABŞ Prezidenti Donald Tramp Prezident seçkilərində qələbəsinin ildönümündə sensasion bəyanatla çıxış edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə Amerika Biznes Forumundakı çıxışında bildirib. Tramp qeyd edib ki, bir il ərzində ABŞ ölü ölkədən dünyanın ən isti ölkəsinə çevrilib.
“Cəmi bir il əvvəl biz ölü ölkə idik. İndi isə dünyanın ən isti ölkəsi sayılırıq”, – Tramp bildirib.
O, həmçinin çıxışı zamanı ABŞ iqtisadiyyatının canlandığını, iş yerlərinin artdığını və investorların yenidən ölkəyə maraq göstərdiyini vurğulayıb.
Tahir Turan
Globalinfo.az