ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın “BBC” yayım korporasiyasını məhkəməyə verib.
Globalinfo.az xəbər verir ki, Ağ Ev rəhbəri azı 10 milyard dollar təzminat tələb edir.
Məlumata görə,Tramp “BBC”ni böhtan atmaqda və Florida ştatının “aldadıcı və qeyri-ədalətli ticarət təcrübələri” haqqında qanununu pozmaqda ittiham edir.
“Hər bir maddə üzrə Tramp ən azı 5 milyard dollar məbləğində təzminat, həmçinin faizlərin, məhkəmə xərclərinin, cərimələrin, vəkil xərclərinin və məhkəmənin məqsədəuyğun hesab edəcəyi digər ödənişlərin tutulmasını tələb edir”, – deyə xarici KİV-lər yazıb.
Bildirilir ki, “BBC”nin 6 yanvar 2021-ci ildə Trampın səsləndirdiyi çıxışın fraqmentlərini redaktə etməsi qəsdən və bəd niyyətlə həyata keçirilib.