Tramp seçici dəstəyinə görə Baydeni 10 faiz qabaqlayır.
Globalinfo.az xəbər verir ki, bunu “Rasmussen Reports” tədqiqat mərkəzinin dərc etdiyi sorğunun nəticələri sübut edir.
Sorğu iştirakçılarından prezidentliyə namizədlərdən kimə səs verəcəkləri soruşulub. Respondentlərin 46 faizi Trampı dəstəkləyib, 36 faiz isə Baydenə səs verəcəyini bildirib.
Tədqiqatın nəticələrinin statistik səhv olma ehtimalı 3 faizdir. Sorğuda 1205 nəfər iştirak edib.
Beləliklə, Tramp ötən ayla müqayisədə liderliyini 4 faiz bəndi artırıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az