Tramp Avropa İttifaqına yeni ad qoydu

Tramp h%C9%99d%C9%99

“Avropa İttifaqı (Aİ) mini Çindir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp deyib.

“Onlar bizim maşınları götürmürlər, onlar bizim kənd təsərrüfatı məhsullarını götürmürlər, onlar heç nəyimizi götürmürlər. Sizin Aİ ilə ticarətdə 312 milyard dollarlıq kəsriniz var. Bilirsiniz, Aİ mini Çindir”, –  o bildirib.

Qeyd edək ki, Tramp prezidentliyi dönəmində Aİ-yə qarşı sərt mövqeyi ilə seçilib. O, ittifaqdan olan bəzi mallar üçün gömrük rüsumlarını artırıb. Bu da tərəflər arasında gərginliyə səbəb olub.

Əliyar Xəlil
Globalinfo.az