ABŞ-ın vitse-prezidenti J.D.Vens dördüncü dəfə ata olacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Uşa Vensin sosial media hesabında məlumat yayılıb.
Uşağın iyulun sonunda dünyaya gələcəyi gözlənilir.
Qeyd edək ki, cütlük 2014-cü ildə evlənib. Onların Evan, Vivek və Mirabelle adında övladları var.
Əliyar Xəlil
Globalinfo.az