Tramp 454 milyon dollar ödəməli olacaq – Səbəb

Nyu-York məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampın fırıldaqçılıq işi üzrə 454 milyon dollar ödəmək barədə qərar çıxarıb.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, bu barədə NBC telekanalı məhkəmənin qərarına istinadən xəbər yayıb.

Qeyd olunur ki, göstərilən məbləğə məhkəmə qərarından əvvəlki dövr üçün faiz daxildir.

Xatırladaq ki, fevralın 16-da Nyu-Yorkdakı məhkəmə Trampı “Trump Organization”da fırıldaqçılıq ilə bağlı mülki işdə təqsirkar bilib və təxminən 355 milyon dollar ödəmək barədə hökm çıxarıb. Həmçinin siyasətçinin üç il ərzində Nyu-York əyalətindəki hər hansı bir şirkətdə vəzifə tutmağı və dövlətin maliyyə qurumlarına kredit axtarmağı qadağan olunub.