Tramp tarix verdi: “İran bu zaman nüvə silahına sahib olacaq”

“İran 60 gün ərzində nüvə silahı əldə edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Foks Nyus” telekanalına müsahibəsində deyib.

“Co Baydenin Yaxın Şərqdəki siyasətini nəzərə alsaq, Amerika ərazilərdə terror hücumlarının baş verməsi gözləniləndir. Əvvəl İranın HƏMAS və Hizbullaha verməyə pulu yox idi. Mən demişdim ki, İrandan mal alan heç kim ABŞla əməkdaşlıq etməyəcək. Hər kəs işini dayandırdı. Demək olar ki, heç nə sata bilmirdilər. İndi isə onların yaxın iki ay ərzində nüvə silahına sahib olma imkanları var”, – Tramp bildirib.

Əliyar Xəlil
Globalinfo.az