“Toppuş bacı”dan xəbər var

Əməkdar artist Tünzalə Əliyeva xəstəxanadan evə buraxılıb.

Globalinfo.az bildirir ki, “Toppuş bacı” kimi tanınan aktrisa Teleqraf.com-a açıqlamasında səhhəti ilə bağlı danışıb:

“Səhhətim kafidir. Xəstəxanadan çıxmışam, amma indi sistem köçürülməsinə gəlmişəm. Başımda olan törəmələrə görə qaytarıram. Dekabrın 7-də ikinci iynəm vurulacaq. Həmin vaxt kimyəvi terapiya da alacam. Qan analizi verdikdən sonra nəticə məlum olacaq”.

Qeyd edək ki, Tünzalə Əliyevanın başında bədxassəli şiş aşkarlanıb.