“Toppuş bacı” xəstəxanaya yerləşdirildi

Əməkdar artist Tünzalə Əliyeva xəstəxanaya yerləşdirilib. 

Globalinfo.az Axşam.az-a istinadən xəbər verir ki, onun səhhəti pisləşib.

“Toppuş bacı” ləqəbli aktrisa xəbəri təsdiqləyib. O, hazırda həkim nəzarətində olduğunu deyib:

“Yaxşı olacağıma inanıram”.

Qeyd edək ki, aktrisa beş ildir xərçəngdən müalicə alır. Bir neçə gün əvvəl onun beynində şiş aşkarlanıb.