kamil

Siyəzən Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

Globalinfo.az bildirir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, bu barədə icra başçısı Nəcəf Novruzov əmr imzalayıb.

Əmrə əsasən, Kamil Vəlixan oğlu Xəlilov Siyəzən Rayon İcra Hakimiyətinin başçısının birinci müavini təyin edilib.

Qeyd edək ki, K.Xəlilov bu təyinatadək Siyəzən Rayon Statistika İdarəsinin rəisi vəzifəsində çalışıb.

Paylaş: