Tiflisdə iğtişaşlar: Su şırnaqları və gözyaşardıcı qazdan istifadə olundu – VİDEO

Gürcüstanda “xarici agent” qanununa etirazlar davam edir

Globalinfo.az xəbər verir ki, ölkə parlamentinin qarşısında toplaşanlar qanunu qəbul etmək istəyən hökumət partiyalarına etiraz edir.

Bir qrup etirazçının parlament binasına daxil olmağa cəhd etdiyi bildirilir.

Hadisə yerində olan jurnalistlərin məlumatına görə, parlamentin qarşısında polislə etirazçılar arasında toqquşmalar da yaşanır.

***

Tiflisdə parlament binası qarşısında keçirilən aksiyanı dağıtmaq üçün polis gözyaşardıcı qaz və su şırnağından istifadə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Xüsusi təyinatlılar parlamentin girişinə aparan küçəni bağlayıblar. Gözyaşardıcı qazdan dəfələrlə istifadə edildikdən sonra su şırnaqları işə düşüb.

Rustaveli prospektində parlamentin xarici agentlər haqqında qanun layihəsini birinci oxunuşda qəbul etməsindən sonra minlərlə etirazçı küçələrə axışmaqda davam edir.

Məlumata görə, iğtişaşlar nəticəsində zərərçəkənlər var, onlara tibbi yardım göstərilir.