Təyyarədə halı pisləşən Çin vətəndaşı Bakıda öldü

Bakıda Çin vətəndaşı ölüb.

Globalinfo.az xəbər verir ki, Çin Xalq Respublikasının Honkonq şəhərində anadan olmuş, həm Çin Xalq Respublikasının, həm də Böyük Britaniya Krallığının – ikili vətəndaşlığı olan, Tsang Yau Keungun Mərkəzi Klinik Xəstəxanasında ölüb.

Aparılan ilkin araşdırma zamanı müəyyən edilib ki, mayın 29-da Tsang Yau Keung Honkonq şəhərindən Böyük Britaniya Krallığına getmək üçün təyyarə ilə uçuş vaxtı qəflətən vəziyyəti pisləşib, təyyarə Bakı şəhəri, Heydər Əliyev adına Beynəlxalq hava limanına məcburi eniş edib. Daha sonra Tsang Yau Keung təcili tibbi yardımın müşayiəti ilə Mərkəzi Klinik xəstəxanasına yerləşdirilib.

Xəstəxanada müayinə zamanı Tsang Yau Keungun ürəyindən uzun müddətdir müalicə alması, ürəyinə stend qoyulduğu müəyyən edilib və ona mərkəzin reanimasiya şöbəsində ürəyin arotraxd tubla urtubasiya olunmasına və digər tibbi yardım səylərinə baxmayaraq o, Mərkəzin reanimasiya şöbəsində iyunun 3-də ölüb.