Tərtərin Mamırlı kəndində yanğın oldu – VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Tərtər rayonunun Mamırlı kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Globalinfo.az-a bildirilib ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Tərtər rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 2,5 ha sahədə quru ot yanıb. Yaxınlıqdakı məktəb binası və ağaclar yanğından mühafizə olunub.