Telefonla danışan avtobus sürücüsü qəza törətdi – VİDEO

Bu gün Bakıda daha bir marşrut avtobusu qəza törədib.

Globalinfo.az xəbər verir ki, hadisə Nizami rayonunda baş verib. 60 saylı marşrut avtobusu “Mercedes Vito”ya çırpılıb. Nəticədə nəqliyyat vasitələrinə xeyli ziyan dəyib.

İlkin araşdrma zamanı hadisənin marşrut sürücüsünün ucbatından baş verməsi məlum olub. Belə ki, o telefonla danışa-danışa sərnişinlərə xidmət göstərirmiş.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Malik
Globalinfo.az