
İranın paytaxtı Tehranın şərq hissəsində partlayışlar baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Nour News” agentliyi məlumat yayıb.
“Tehranın şərqində bəzi ərazilərdə partlayış səslərinin eşidildiyi bildirilir”, – deyə bildirilib.
Qeyd edək ki, iyunun 18-də səhər saatlarında İranın hüquq-mühafizə orqanları Rey şəhərində naməlum şəxslər tərəfindən planlaşdırılan silsilə terror aktlarının qarşısını alıblar.
“Mehr”in məlumatına görə, hücumları hazırlayan qrupun İsrailin “Mossad” kəşfiyyat agentliyi ilə əlaqəsi olduğu güman edilir.
Əliyar Xəlil
Globalinfo.az