İran Türkiyədən gecə fəaliyyət göstərə bilən axtarış-xilasetmə helikopteri istəyib.
Globalinfo.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Van və Ərzurumdan 32 alpinist axtarış-xilasetmə heyəti və 6 maşın bölgəyə yola düşüb.
Həmçinin Ankara, Diyabəkir və Konyadan olan ümumilikdə 45 alpinistin hazır gözlədiyi bildirilib.