Tehran Təl-Əvivlə bağlı yekun qərar verdi

iran israil

“Bəzi dövlət rəsmiləri İsrailə cavab hücumunun olmayacağını deyə bilər, lakin hökumətdə rəsmi vəzifələrdə bu insanlar qərar qəbul etmirlər”.

Globalinfo.az  xəbər verir ki, bunu İran Məclisinin Milli Təhlükəsizlik Komitəsinin üzvü İsmayıl Kosari açıqlayıb.

Kosari Təhlükəsizlik Şurasının sonuncu hücuma görə İsrailə cavab vermək qərarına gəldiyini deyib:

“Təl-Əvivə cavab bütün əvvəlkilərdən qat-qat güclü olacaq və “müqavimət oxu” qüvvələrinin iştirakı ilə həyata keçiriləcək. İranın cavabə İsrail üçün dərs olacaq, beləliklə onlar bir daha İrana zərbə endirmək səhvinə düşməyəcəklər. Cavabın necə və nə zaman olacağı ilə planlaşdırılmalıdır”.