ABŞ-ın İranın Keşm adasında yaşayış evinə endirdiyi hava zərbəsi təxminən 900 kiloqramlıq “Mark-84” aviasiya bombası ilə həyata keçirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” foto, video və peyk görüntülərinin təhlilinə əsaslanaraq yazıb.
İran tərəfinin məlumatına görə, zərbə nəticəsində bir ailənin üç üzvü həlak olub, digər iki uşaq isə dağıntılar altından sağ çıxarılıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hadisənin araşdırıldığını bildirib və mülki şəxslərin qəsdən hədəfə alınmadığını bəyan edib.
“The New York Times”in təhlilinə əsasən, hadisə yerinin yaxınlığında hərbi obyekt aşkarlanmayıb. Nəşr belə güclü sursatın yaşayış məntəqəsində tətbiqinin hədəflərin seçilməsi ilə bağlı suallar doğurduğunu qeyd edir.
Əliyar Xəlil