“Nə qədər minalarla zəhərlənmiş ərazimiz olduğunu yaxşı bilirdik. İlk aylardan etibarən sürətli işlər getdi, Ermənistana təzyiq olundu. Nəticədə minalı sahələrin bir qisminin xəritəsini əldə etdik”.
Globalinfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov nazirliyin 2025-ci ilin yekunlarına dair konfransda deyib.
“Artıq 415 nəfər mina qurbanı olub, onlardan 71 nəfəri həyatını itirib. Ermənistanın səsləndirdiyi mövqe ondan ibarətdir ki, əlimizdə nə varsa, vermişik. Deyirlər, əlimizdə olan xəritə budur. Hər kəsi buna inandırmağa çalışırlar.
Bu bəla əfsus ki, bizi uzun müddət müşayiət edəcək. Mina probleminin qısa zamanda həlli mümkün görünmür”, – C.Bayramov qeyd edib.
Zaira Akifqızı
Globalinfo.az