Dərslərin başlama vaxtı dəyişdirilir? – Nazirlikdən reaksiya

Sosial Tədqiqatlar Mərkəzi dərs ilinin nə vaxt başlaması ilə bağlı sorğu keçirib. Sorğuda iştirak edənlərin əksəriyyəti dərslərin sentyabrın 1-də başlamasını dəstəkləyib.

Globalinfo.az-ın xəbərinə görə, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu məsələ müzakirə mövzusu deyil.

Qeyd edək ki, sorğunun nəticələrinə əsasən respondentlərin 68,1%-i dərslərin sentyabrın 1-də, 24,7%-i isə sentyabrın 15-də başlamasının daha məqsədəuyğun olduğunu qeyd edib. Rəyi soruşulanların 7,2%-i bu mövzu ilə bağlı fikir bildirməkdə çətinlik çəkib.

Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev də mayın 16-da keçirdiyi brifinqdə “Məndən soruşsanız, misal üçün tədris ili sentyabrın 1-dən başlayarsa, bu, təbii ki, 15-dən başlamaqla müqayisədə nəzəri olaraq daha yaxşıdır” fikrini səsləndirib.