Təcili yardım bıçaqlanan şəxsin çağırışına gecikib? – Rəsmi

Sözügedən hadisə ilə bağlı çağırış yerinə təcili tibbi yardım briqadası gecikməyib.

Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, xəstəxananın yaxınlığında baş vermiş hadisə ilə bağlı ötən gün saat 19:48-də çağırış daxil olub və 19:54-də xəstə tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə çatdırılıb:

“Yaralıya döş qəfəsinin və sol böyrək nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub, dərhal əməliyyata götürülüb. Hazırda xəstənin vəziyyəti stabildir, müalicəsi davam etdirilir”.