TƏCİLİ: Fransa Azərbaycana aid məxfi məlumatları Ermənistana ötürəcək

Fransa Azərbaycan, Türkiyə, Rusiya və İranla bağlı kəşfiyyat məlumatlarını Ermənistana ötürəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında iddialar yayılıb.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Parisə səfəri zamanı Fransa Kəşfiyyat Xidməti ilə Ermənistan Milli Təhlükəsizlik Xidməti arasında razılığın əldə olunduğu bildirilir.

Məlumata görə, bu razılığa uyğun olaraq Paris Ermənistanın sərhədləri boyunca hərbi-siyasi vəziyyət haqqında məlumatların yer aldığı peyk məlumatlarını İrəvana ötürəcək.

Xatırladaq ki, Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə fevralın 21-də Fransaya səfər edib.

Ayşən Mustafa
Globalinfo.az