ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeni hərbi əməliyyatlara başladığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, CENTCOM-un yaydığı bəyanatda ABŞ qüvvələrinin İrana qarşı qətiyyətli hücumlara başladığı bildirilib.

Açıqlamada qeyd olunub ki, əməliyyatlar İranın Hörmüz boğazından keçən üç ticarət gəmisinə qarşı həyata keçirdiyi hücumlara cavab olaraq icra edilir. ABŞ ordusunun İranın hərbi hədəflərinə zərbələr endirdiyi vurğulanıb.

Hazırda İranın Qeşm və bir neçə şəhərində partlayış səsləri eşidilir.

Tahir Turan

Globalinfo.az

Paylaş: