TƏBİB sədri: “Körpələrin vəziyyəti barədə…”

“Bu gün 03:35 radələrində Respublika Perinatal Mərkəzin binasında yanğın hadisəsi baş verib. FHN-in əməkdaşları tərəfindən yanğın qısa müddətdə söndürülüb”.

Globalinfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov deyib. O qeyd edib ki, hazırda pasiyentlərin təxliyəsi həyata keçirilir:

“Onların böyük hissəsi TƏBİB-in tabeliyindəki digər müəssisələrə təxliyə edilib. Bir nəfər əməkdaş zəhərlənmə dioqnozu ilə Toksikologiya Mərkəzinə yerləşdirilib. Təxliyə işləri bitəndən sonra körpələrin son vəziyyəti barədə məlumat veriləcək”.