ChatGPT Image Jul 21 2026 10 41 18 AM

40 ildən çoxdur Türkiyədə və bir çox ölkələrdə sevilərək dinlənilən “Mavi-mavi” mahnısı ilə bağlı yeni faktlar üzə çıxıb. Belə ki, “Gündəm ötəsi” proqramında aparıcı Pelin Çift beynəlxalq münasibətlər üzrə mütəxəssis, İran tarixi araşdırmaçısı Muhammed Berdibeklə söhbətində mahnının mənbəyinə diqqət çəkib.

Globalinfo.az xəbər verir ki, Berdibek bunun əslində fars mahnısı olduğunu, meyxanalarda asta templə oxunduğunu, 1985-ci ildə sözləri və tempi dəyişdirilərək “Mavi” filmində səsləndirildiyini deyib.

O həmçinin iddia edib ki, mahnının müğənni İbrahim Tatlısəslə əlaqəsi yoxdur və “Adana Demirspor” futbol klubuna yazılıb. Araşdırmaçı bildirib ki, müğənni Yılmaz Tatlısəs “Mavi Mavi” mahnısının sözlərini “Adana Demirspor”a yazıb. “Mavi mavi” bu klubun şüarı olub. Daha sonra “Mavi” filmində səsləndirilib və Hülya Avşara həsr edilibmiş kimi anlaşılıb.

Xatırladaq ki, belə qalmaqallı intellektual oğurluqlar Azərbaycanda da baş verib. Xalq artisti Niyaməddin Musayevin “Dünya sənin, dünya mənim”, “Yalvara-yalvara”, “İncimə”, “Gəl görüşək” mahnılarının başqa ölkələrdə məşhur olan mahnıların melodiyasından götürüldüyü iddia edilir. Müğənni Ağadadaş Ağayevin “Könlüm qəmi neylər” mahnısının melodiyasının da İran müğənnisi Gita Hacı Rəməzaninin (Gita Haji Ramezani) 1970-ci illərdə ifa etdiyi “Age Eshgh Hamine” mahnısı ilə eyni olduğu bildirilir.

Ətraflı videoda:

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: