“Azərbaycanla uzunmüddətli və hərtərəfli sülhün təmin olunması üçün ölkənin yeni Konstitusiyasının qəbulunun kifayət edib-etməyəcəyinə aydınlıq gətirmək lazımdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O xatırladıb ki, ötən həftə müxalifət parlamentdə yeni Konstitusiyanın qəbulu ilə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına nail olunmasının mümkünlüyü məsələsini qaldırıb:
Eyni zamanda, Bakı ilə münasibətlərdə gələcəkdə yeni mübahisə və qarşıdurma mövzularının ortaya çıxıb-çıxmayacağı da müzakirə predmetinə çevrilib.
Paşinyan bildirib ki, yaxın vaxtlarda Ermənistan tərəfinin səyləri məhz bu suallara cavab tapmağa yönələcək:
“Tezliklə səylərimizi bu suallara cavab almağa yönəldəcəyik”.
Safura Bənnayeva
Globalinfo.az