Ölüm xəbəri yayılan Mansur Samedin son durumu açıqlanıb.
Globalinfo.az bildirir ki, Oxu.Az-a daxil olan məlumata görə, hazırda müğənninin səhhəti ağır olaraq qalır.
“O xəstəxanaya yerləşdirilib. Beyninə qan sızıb. Ölüm xəbərinə görə hər kəs narahat olub. Hazırda səhhəti ağırdır, reanimasiya şöbəsinə yerləşdirilib”, – deyə M.Səmədin yaxınları məlumat veriblər.
***15:00
Müğənni Mansur Samedin ölüm xəbəri yayılıb.
Globalinfo.az bildirir ki, müğənninin beyninə qan sızıb və o həyatını itirib.
Bu barədə Oxu.Az-a açıqlama verən onun köməkçisi Orxan Nəbizadə bildirib ki, hazırda müğənni xəstəxanalardan birinə yerləşdirilib:
“O xəstəxanalardan birinə yerləşdirilib. Beyninə qan sızıb, onun yanına gedirik”.