0e055e1f78d2513958769c999314b2da29100bd52e8a86b5426f351fda16deac

Şimali Koreya 600 millimetrlik “Snayper” reaktiv yaylım atəşi sistemindən ilk dəfə ictimaiyyət qarşısında döyüş atışları keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Atışlar ölkə lideri Kim Çen Inın iştirak etdiyi pilotsuz uçuş aparatları sərgisində baş tutub.

Hərbçilər həmçinin taktiki qanadlı raketlərin buraxılışını, kamikadze dronların və çoxməqsədli pilotsuz aparatların zərbələrini nümayiş etdiriblər.

Agentliyin məlumatına görə, “hava-yer” tipli və qanadlı raketlər hədəfləri 100 faiz dəqiqliklə vurub. Təlimlər zamanı silah sistemlərinin etibarlılığı və effektivliyi yoxlanılıb.

0e055e1f78d2513958769c999314b2da8415c99e9909cb39d0c06fe36981ee83 0e055e1f78d2513958769c999314b2da44ff3c69024f9c08d29da3caf3d231da 0e055e1f78d2513958769c999314b2da08f4d56a63a87782460d8ed61b97be9b

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: