patrik

86 yaşında britaniyalı aktyor Patrik Stüart vəfat edib.

Globalinfo.az xəbər verir ki, o, Alzheimer xəstəliyindən və demensiyadan əziyyət çəkirdi.

Aktyorun karyerası 60 ildən çox davam edib.

O, xüsusilə 1987-1994-cü illərdə yayımlanan “Ulduz yolu: Növbəti nəsil” serialında kapitan Jan-Lük Pikard obrazı ilə tanınıb.

Həmçinin “Marvel” komiksləri əsasında çəkilən “X-men” film seriyasında professor Çarlz Ksavyer rolunu canlandırıb.

Patrik Stüart “Dün” (1984) filmində və “Mobi Dik” (1998) televiziya serialında da rol alıb.

2010-cu ildə Böyük Britaniya kraliçası II Elizabet aktyora “cəngavər” titulu verib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: